AUT.AZ

Osimhenin yerinə onu seçdilər

Yayda Viktor Osimheni satmağa hazıralaşan “Napoli” ona əvəzləyici axtarır.

Aut.az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, Neapol təmsilçisi “Lill”in hücumçusu Conatan Davidin əsas variant kimi nəzərdən keçirir. Maraqlıdır ki, Osimhen özü 2020-ci ilin yayında “Lill”dən “Napoli”yə keçib.

Bu mövsüm David bütün turnirlərdə “Lill”in heyətində 40 matçda 23 qol vurub və 7 məhsuldar ötürmə edib. 24 yaşlı kanadalının müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Aut.az

Exit mobile version