AUT.AZ

Onu Ronaldo ilə müqayisə etdi

“Liverpul”un müdafiəçisi keçmiş komanda yoldaşı, hazırda Kriştiano Ronaldo ilə yanaşı “Əl-Nəsr” klubunda çıxış edən Sadio Mane haqqında danışıb.

Aut.az xəbər verir ki, o, keçmiş komanda yoldaşı haqqında yüksək fikirlər səsləndirib:

“Sadio Mane eyni komandada oynadığım yeganə oyunçudur ki, ona qarşı çıxış etmək məcburiyyətində olmadığım üçün şadam. O, ideal hücumçu idi. Nütün keyfiyyətlərə malik idi. Bir idmançı kimi onu Ronaldo ilə müqayisə etmək olar. O, cəld idi, hər iki ayağı ilə zərbələr endirirdi və həmişə qolu axtarışında idi”.

Qeyd edək ki, Mane bu mövsüm keçdiyi “Əl Nəsr”in heyətində 38 matçda 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version