AUT.AZ

Musa Qurbanlı qol vurdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində oyuna çıxıb.

Aut.az xəbər verir ki, Stokholm təmsilçisi Elit liqa kuboku matçında öz meydanında “Norççepinq”i qəbul edib. Oyun 1:1 hesablı bərabərliklələ başa çatıb.

Qurbanlı bu görüşdə 90 dəqiqə meydanda olub. 22 yaşlı forvard 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.

Exit mobile version