AUT.AZ

Mourinyo Premyer Liqaya qayıdır?

Məşhur portuqaliyalı baş məşqçi Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.

Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis “Vest Hem”ə rəhbərlik edə bilər. Bu barədə “TEAMtalk” məlumat yayıb.

Deyvid Moyesin “çəkicdöyənlər”lə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. Klub mütəxəssislə əməkdaşlığı bitirmək variantını nəzərdən keçirir. Mourinyo onun əvəzləyicisi ola bilər.

Qetd edək ki, Mourinyonun son iş yeri cari mövsümdə qovulduğu “Roma” olub. O, əvvəllər Premyer Liqada “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

Exit mobile version