AUT.AZ

Moskva böyük istedadı gizlədir: Məşhur nəşr özbək futbolçu haqda – FOTO

İspaniyanın “AS” internet nəşri “Moskva böyük istedadı gizlədir” sərlövhəli məqaləsində Özbəkistanın gənc futbolçusu Abbosbek Fayzullayev haqda yazıb.

Aut.az xəbər verir ki, nəşr ÇSKA-nın futbolçusunun tərəqqisini və oyununu yüksək qiymətləndirərək onu öz nəslinin ən yaxşı istedadlarından biri adlandırıb.

Xatırladaq ki, Abbosbek Fayzullaev ÇSKA-ya ötən ilin yayında qoşulub. Özbəkistanlı yarımmüdafiəçi Rusiya klubuna “Paxtakor”dan keçib. Tərəflər arasında 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Aut.az

Exit mobile version