AUT.AZ

“Liverpul” bu klubdan təkcə baş məşqçini yox, onu da istəyir

“Liverpul”u baş məşqçi Ruben Amorimə olan marağından əlavə, “Sportinq”dən mərkəz müdafiəçisi Qonsalo İnasionu da almağı planlaşdır.

Aut.az xəbər verir ki, “The Inside Track”in məlumatına görə, Portuqaliya klubu “Arsenal”, “Mançester Yunayted”, “Real Madrid” və “Liverpul” kimi klubların ciddi marağına görə futbolçunu itirməsi ilə artıq razılaşıb, ona görə də indi sərfəli təklif gözləyir.

“Sportinq” 22 yaşlı portuqaliyalı üçün ən azı 46 milyon avro almaq istəyir.

Əlavə edək ki, İnasio 2012-ci ilin yayından strukturunda olduğu “Sportinq”in yetirməsidir. Bu mövsüm Qonsalo bütün yarışlarda 42 oyun keçirib və 4 qol vurub.

Aut.az

Exit mobile version