AUT.AZ

Komandanın avtobusuna minməkdən imtina etdi, cəzalandırıldı

“Verder” yarımmüdafiəçi Nabi Keytanı cəzalandırıb.

Aut.az xəbər verir ki, o, mövsümün sonuna qədər komandanın oyunlarından və məşqlərindən kənarlaşdırılıb. Bremen klubunun futbolçusu cərimə də ödəyəcək.

Keyta “Bayer Leverkuzen” ilə matçda oynamayacağını öyrəndikdən sonra səfər matçı üçün komandanın avtobusuna minməkdən imtina etdiyi üçün cəzalandırılıb.

Nabi Keyta “Liverpul”dan ayrıldıqdan sonra keçən yay azad agent kimi “Verder”ə keçib. Bu mövsüm o, Bundesliqada 5 matçda iştirak edib və ümumilikdə cəmi 107 dəqiqə meydanda olub.

Aut.az

Exit mobile version