AUT.AZ

“Ferrari”ni “Mercedes”ə dəyişdi

 “Ferrari” komandasının sürücüsü Karlos Sayns 2025-ci il mövsümü üçün yeni komanda seçib.

Aut.az xəbər verir ki, onun “Mercedes”ə keçdiyi bildirilir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Mercedes”də ispaniyalı sürücü yeni mövsümdə “Ferrari”yə keçən Lyuis Hemiltonu əvəz edəcək.

“Mercedes” Fernando Alonsonu dəvət etməyi düşünürdü, lakin ikiqat dünya çempionu “Aston Martin”i seçdi, buna görə də Alman komandası Sayns variantı ilə kifayətləndi.

Müqavilə iki mövsümlük imzalanacaq.

Sayns keçən mövsüm Sinqapurdakı yarışda qalib gələrək “Red Bull”un üstünlüyünü qıran yeganə sürücü oldu. Bu mövsüm Karlos Avstraliyada keçirilən yarışın qalibi olub.

Aut.az

Exit mobile version