AUT.AZ

Enrike tilsimi qırmaq istəyir: Sabah bunu ilk dəfə bacaracağıq

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə səfərdə keçiriləcək cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, o, mətbuat konfransında bu sözləri deyib:

“Komandamdakı hər bir oyunçu qalib gəlmək istəyir. PSJ ilk oyunda evdə uduzduqdan sonra heç vaxt növbəti mərhələyə yüksələ bilməyib. Amma bunu edib irəliləməmək istəyirik. Əminik ki, vəziyyəti öz xeyrimizə çevirəcəyik. Oyunumuzu təhlil edib təkmilləşdirməyə vaxtımız oldu. İlk matç çox çətin keçdi. Nəticə layiq olduğumuzu əks etdirmir.

Yıxılrıq, amma sonra ayağa qalxırıq. Ən yüksək səviyyədə idmanın mahiyyəti budur. Futbolçular son məşqdə əla görünürdülər. Matça düzgün hazırlaşmağı bacardıq. Biz öz futbolumuzu oynamaq istəyirik. Düşünürəm ki, oyun birinciyə bənzəyəcək, hər iki istiqamətdə qollar olacaq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 16-da Barselonada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Parisdəki ilk görüşdə “Barsa” 3:2 hesabı ilə qələbə qazanıb.

Aut.az

Exit mobile version