AUT.AZ

Dünya çempionu Messi ilə görüşdü – FOTO

Gürcüstanlı döyüşçü, yüngül çəkidə UFC dünya çempionu İlia Topuria kumiri, argentinalı futbolçu Lionel Messi ilə bir araya gəlib.

Aut.az xəbər verir ki, Topuria görüşün təəssüratlarını bölüşüb:

“Gənc yaşlarımdan Lionelə həmişə heyran olmuşam. Messi məni çox ruhlandıranlardan biri idi. Təvazökarlığı, əfsanə statusuna baxmayaraq, bu onu daha da böyük edir. Onun şəxsiyyəti məni daha çox təəccübləndirdi. Bu, mənim üçün qürur mənbəyi idi”.

Qedy edək ki, İlia MMA-da 15 döyüş keçirib və hamısında qələbə qazanıb. 2024-cü ilin fevralında UFC üzrə dünya çempionu olub.

Aut.az

Exit mobile version