AUT.AZ

Çətin də olsa, onlara zəng edib, deyib ki…

“Bavariya”nın fəxri prezidenti Uli Hönes Almaniya Bundesliqasında erkən çempion olması münasibətilə “Bayer Leverkuzen”i təbrik etdiyini bildirib.

Aut.az xəbər veririk, “Sky Sport Germany” Hönesdən sitat gətirib.

“Mən onlara yazdım ki, obuna layiqdirlər. Baxmayaraq ki, mənim üçün çətin idi”.

Xatırladaq ki, aprelin 14-də Almaniya Bundesliqasının 29-cu turunun “Bayer” və “Verder” qarşılaşması baş tutub. “Bayer” 5:0 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə “Bayer”ə Almaniya Bundesliqasında 29 oyundan 79 xal toplamağa imkan verib. Beləliklə, turnirin başa çatmasına artıq beş tur qalmış Xabi Alonsonun komandası ölkə çempionluğunu təmin edib.

Aut.az

Exit mobile version