AUT.AZ

“Bayer”in yay transfer planı: Ulduz futbolçu satılacaq

“Bayer”in baş direktoru Fernando Karro komandanın bu yay transfer planları haqda danışıb.

Aut.az xəbər verir ki, Karro ulduz futbolçulardan birini satmaq istədiklərini etiraf edib.

“Yeni transferlərə büdcə tapmaq üçün hər il bir böyük oyunçu satmalıyıq. Ona görə də yəqin ki, bu yay da belə olacaq, bir oyunçu satacağıq. Amma biz gəlirlər üçün daha iki və ya üç müqavilə imzalamağı planlaşdırırıq”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Karrodan sitat gətirib.

“Bayer” Bundesliqada 29-cu turda “Verder”ə 5:0 hesabı ilə qalib gələrək erkən çempionluğu təmin edib. Xabi Alonsonun komandası klubun 120 illik tarixində ilk dəfə Almaniya çempionatının qızıl medalını qazanıb.

Aut.az

Exit mobile version