AUT.AZ

“Bayer”in direktoru əmindir: Alonso gələcəkdə bu klubu çalışdıracaq

“Bayer”in baş direktoru Fernando Karro komandanın baş məşqçisi Xabi Alonsonun gələcəkdə “Real”a rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, ötən həftə sonu Alonsonun rəhbərliyi altında “Bayer” klubu tarixində ilk dəfə Almaniya çempionu olub.

“Bir gün Xabi Alonsonun “Real”ın başç məşqçisi olacağına şübhəm yoxdur. Şübhəsiz! Yeganə sual onun “Real” nə vaxt müqavilə bağlayacağıdır. Amma olacaq, inanın. Mən buna əminəm”, – Karro El Larguero-ya bildirib.

Qeyd edək ki, Alonso 2022-ci ilin oktyabrından “Bayer”ə rəhbərlik edir.

Aut.az

Exit mobile version