AUT.AZ

“Barsa” onun qiymətini açıqladı: Nə az, nə çox…

“Barselona” vinger Rafinya ilə nə az, nə çox, 80 milyon avroya ayrılmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya klubu 27 yaşlı braziliyalıdan çox razıdır və futbolçunu satmaq təklifini qəbul etmək onlar üçün çətin olacaq. Rafinyanın qiyməti ilə bağlı qərar Premyer Liqa klublarından 60 milyon avroluq təkliflər aldıqdan sonra verilib.

Futbolçu ilə maraqlanan klublar arasında “Çelsi” və “Mançester Yunayted” də var.

Bu mövsüm Rafinya 31 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Braziliyalı “Barselona”ya 2022-ci ilin iyulunda “Lids”dən keçib. Transfer məbləği 58 milyon avro olub. Transfermarkt Rafinyanı 50 milyon avro dəyərində qiymətləndirir.

Aut.az

Exit mobile version