AUT.AZ

Abasov yenə məğlub oldu

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Aut.az xəbər verir ki, o, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 1:0.

Abasov 10 turdan sonra 3 xalla sonuncu sıradadır.

Exit mobile version