AUT.AZ

Ona təqaüdə çıxmağı məsləhət gördü

UFC rəhbəri Dana Uayt qadın döyüşçü Holli Holmun UFC 300-dəki məğlubiyyətini şərh edib.

Aut.az xəbər verir ki, funskioner 42 yaşlı döyüşçüyə karyerasını başa vurmağı məshələt görüb:

“Harrison karyerası ərzində oktaqonda çox vaxt keçirmiş Holliyə qarşı döyüşdü. Kaylanın əvvəllər harada çıxış etdiyi məni maraqlandırmır. UFC 300-də o, həyəcanlı idi. Kayla döyüş əfsanəsini öz yerinə oturtdu. Bu, ciddi nailiyyətdir.

Holm MMA üçün çox şey edib. Amma indi o, gələcək haqqında düşünməlidir. Bəli, mən onun təqaüdə çıxmasına üstünlük verərdim”.

Qeyd edək ki, Holm ikinci raundda Kayla Harrisona uduzub.

Exit mobile version