AUT.AZ

Matçın yarımçıq qalmasına səbəb olan futbolçunun durumu açıqlandı

“Roma”nın müdafiəçisi Evan Ndika özünü yaxşı hiss etsə də, xəstəxanada həkim nəzarəti altındadır.

Aut.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

“Komanda Ndikanı xəstəxanada ziyarət etdi. Evan özünü yaxşı hiss edir və əhval-ruhiyyəsi yaxşıdır. O, xəstəxanada həkimlərin nəzarəti altında qalacaq”, – deyə rəsmi saytdakı xəbərdə bildirilir.

“Roma”nın müdafiəçisi Evan Ndikanın A Seriyasının 32-ci turunun “Udineze” ilə oyununda (1:1) halı pisləşib Nəticədə qazonda uzanıb və meydanı xərəkdə tərk edə bilib. Nəticədə hakim Luka Pairetto oyunu dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, qarşılaşma dayandırıldığı andan etibarən başqa bir gündə tamamlanacaq .

Exit mobile version