AUT.AZ

Hamilə ola-ola yarışa çıxıb və…

Qadınlar arasında 23 qat Böyük Dəbilqə, 4 qat Olimpiya çempionu Serena Uilyams hər kəsi təəccübləndirəcək açıqlama verib.

Aut.az xəbər verir ki, dünyanın keçmiş bir nömrəsi 2017-ci ildə Avstraliya Açıq çempionatında qalib gələrkən böyük qızı Olympiaya hamilə olduğunu etiraf edib:

“Olimpiya tez-tez soruşur ki, “Ana, görəsən niyə bu qədər məşhursan?” Mən ona dedim ki, 2017-ci ildə Avstraliya Açıq çempionatında qalib gələndə sən mənim bətnimdə idi. Qızım buna çox təəccübləndi. İndi o, bir az daha açıq danışa biləcəyim yaşdadır”.

Qeyd edək ki, qadın idmançıların hamilə olduqları zaman yarışlara qatılması məsləhət görülmür. Xüsusilə tennisdə həkimlər bununla bağlı tennisçilərə xəbərdarlıq edirlər.

Exit mobile version