AUT.AZ

Favoritlərdən xal itkisi

İtaliya A Seriyasında XXXII turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Latsio” azarkeşləri önündə “Salernitana”nı məğlub edib.

“Yuventus” “Torino”nun qonağı olub və komandalar bir xala razı olublar.

“Milan” bu turda səfərdə “Sassuolo” ilə heç-heçə edib. Lider “İnter” isə “Kalyari”ni məğlub edə bilməyib.

İtaliya A Seriyası
XXXII tur

12 aprel

Latsio – Salernitana 4:1
Qollar: F.Anderson, 7, 35, M.Vesino, 14, Q.İsaksen, 87 – L.Tçauna, 16

13 aprel
Leççe – Empoli 1:0
Qol
: Sansone, 89.

Torino – Yuventus 0:0

Bolonya – Montsa 0:0

14 aprel

Napoli – Frozinone 2:2
Qollar: 
M.Politano, 16, V.Osimhen, 63 – V.Çeddira, 50, 73

Sassuolo – Milan 3:3
Qollar: 
A.Pinamonti, 4, A.Lorente, 10, 53 – R.Leao, 20, L.Yoviç, 59, N.Okafor, 84

Udineze – Roma yarımçıq dayandırılıb

İnter – Kalyari 2:2
Qollar:
 M.Türam, 12, H.Çalhanoğlu, 74 (pen.) – E.Şomurodov, 65, Viola, 83

15 aprel

20:30 Fiorentina – Cenoa
22:45 Atalanta – Verona

Exit mobile version