AUT.AZ

Şarapova: Heç kim mənimlə oynamaq istəmir

Dünyanın keçmiş bir nömrəli tennisçi Mariya Şarapova maraqlı açıqlama vetib.

Aut.az xəbər verir ki, o, artıq çox tez-tez tennis oynamadığını bildirib:

“Mən tennis izləməyi sevirəm. Nə qədər istəsəm də, nadir hallarda raketka götürürəm, amma bu, dostlarımın mənimlə oynamaq istəməməsi ilə əlaqədardır. Buna görə də tez-tez məşqçilərim və ya sparrinq tərəfdaşlarımdan birinun şəhərə gəlməyini gözləməli oluram. Yalnız bu zaman şansım olur. Əks halda, heç kim mənimlə oynamaq istəmir. Baxmayaraq ki, mən onlara artıq yaxşı olmadığımı deyirəm”.

Qeyd edək ki, rusiyalı tennisçi 2020-ci ildə 33 yaşında karyerasını başa vurub.

Aut.az

Exit mobile version