AUT.AZ

Məşhur futbolçunun oğlu zorlamada ittiham olunur

İtaliya millisinin sabiq hücumçusu Kristiano Lukarellinin oğlu, 24 yaşlı Mattia Lukarelli qrup zorlamasında şübhəli bilinərək mühakimə olunacaq.

Aut.az xəbər verir ki, atası kimi peşəkar futbolçu olan Mattia Lukarelli 2022-ci ilin martında Milanda amerikalı tələbəni qrup şəklində zorlamaqda ittiham olunur.

Futbolçu keçən il həbs edilib, lakin sonradan əlavə istintaqa qədər zaminə buraxılıb. Milan prokuroru 24 yaşlı futbolçu üçün 3 il 6 ay həbs cəzası tələb edir.

Aut.az

Exit mobile version