AUT.AZ

“Gedirəm” dedi, prezident reaksiya verdi: Pulu pəncərədən tökmürük

“Latsio”nun prezidenti Klaudio Lotito Roma klubundan ayrılmaq istədiyini və müqaviləni ləğv etmək üçün bütün maaşından imtina etməyə hazır olduğunu bildirən Luis Albertonun sözlərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, prezidentin sözlərini “X” sosial şəbəkəsində jurnalist Nikola Skira sitat gətirib.

“Görünür, pulsuz getmək istəyir. Amma yox: getmək istəyirsə, onu almaq istəyən komanda tapmalıdır. Biz pulu pəncərədən tökmürük. Qaydalar qaydalardır, həm mülki, həm də cinayət qanunlarına əməl edilməlidir. O, keçən yay müqavilənin uzadılmasını gözləyirdi və “Latsio”da ən çox maaş alan ikinci oyunçusudur. İndi o, qəfildən belə danışır”, – prezident bildirib.

Xatırladaq ki, 31 yaşlı futbolçunun “Latsio” ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İspan yarımmüdafiəçi 2016-cı ildən “qartallar”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 301 matçda iştirak edib, 51 qol vurub, 75 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version