AUT.AZ

Bir futbolçu uğrunda üç nəhəngin mübarizəsi  

“Bayer Leverkuzen”in yarımmüdafiəçisi Ceremi Frimponq “Bavariya”, “Real” və “Mançester Yunayted”in hədəfindədir.

Aut.az xəbər verir ki, bu barədə insayder Kristian Falk məlumat verib.

2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçunu, Avro-2024-ün əvvəlinə qədər xüsusi bənd aktivləşdirilərsə, 40 milyon avroya almaq olar.

Artıq futbolçunun nümayəndələri “Mançester Yunayted” və “Bavariya” ilə konkret danışıqlar aparır.

Frimponq 2021-ci ilin yanvarında “Seltik”dən 11 milyon avroya transfer olunub. Bu mövsüm o, 37 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Bayer” hazırda 28 turdan sonra 76 xal toplayaraq Bundesliqanın turnir cədvəlində birinci yerdədir.

Aut.az

Exit mobile version