AUT.AZ

“Beşiktaş” onu qovdu

“Beşiktaş” baş məşqçisi Fernando Santoşla bağlı qərar verib.

Aut.az xəbər verir ki, “qara qartallar” yanvarda müqavilə imzaladığı portuqaliyalı mütəxəssisi istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi mövsümün sonunadək Serdar Topraktepeyə həvalə edilib.

Qeyd edək ki, “Beşiktaş” ötən gün Superliqanın 32-ci turunda “Samsunspor”la heç-heçə edib – 1:1. Komanda hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Exit mobile version