AUT.AZ

“Bavariya”da ciddi itki: Mövsümü bitirdi

“Bavariya” ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi Kinqsli Koman yenidən sıradan çıxıb. Bu barədə klub məlumat yayıb.

Fransalı futbolçu Bundesliqanın 29-cu turunun “Köln”lə matçında (2:0) sağ budun adduktor əzələsini zədələyib. Aprelin 17-də Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la keçiriləcək cavab oyununda Koman komandaya qəti şəkildə kömək etməyəcək.

Koman 5-6 həftə müalicə alacaq. Bu da fransız futbolçu üçün mövsümün bitməsi deməkdir.

Exit mobile version