AUT.AZ

Avropa nəhəngi Zidanın agenti ilə əlaqəyə keçdi

“Bavariya” fransalı məşqçi Zinəddin Zidanın agenti ilə mümkün müqavilə imzalanması ilə bağlı əlaqə saxlayıb.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, Almaniya klubu onu komandanın baş məşqçisi postuna gətirməyi düşünür. Danışıqların necə getdiyi hələ bilinmir.

“Mundo Deportivo” daha əvvəl bildirmişdi ki, Zidan Fransa milli komandasından dəvət gözlədiyi üçün klublardan gələn təklifləri rədd edir. “Real”ın sabiq baş məşqçisi son olaraq PSJ-də çalışmaqdan imtina edib.

Zidanın İspaniyada həyatını qurduğu və bu ölkəni daimi olaraq tərk etmək istəmədiyi qeyd edilib. Fransa millisində işləmək onun Madriddə yaşamağa davam etməsinə, yalnız Fransa millisinin oyunlarına gedəndə şəhəri tərk etməsinə imkan verəcək.

Aut.az

Exit mobile version