AUT.AZ

Alonso bunu bacardı: “Bayer” çempion oldu

Aprelin 14-də “Bayer” və “Verder” komandaları arasında Bundesliqanın 29-cu turunun oyunu keçirilib. Oyun 5:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Aut.az xəbər verir ki, bu qələbə sayəsində Xabi Alonsonun komandası vaxtından əvvəl Almaniya çempionu olub.

“Bayer” tarixində ilk dəfə Bundesliqa çempionluğunu qazanıb. Klubun 119 illik tarixində indi 3 kuboku var.

Bundesliqa: 29-cu tur

“Bayer” – “Verder” – 5:0

Qollar: Bonifas, 25 (pen.), Xaka, 60, Virts, 68, 83, 90.

Exit mobile version