AUT.AZ

Yeni aldığı “Ferrari”də qayınatasını gəzdirdi: Az qala yanıb öləcəkdilər

“Latsio”nun müdafiəçisi Elseid Hyusay bir neçə gün əvvəl az qala faciə ilə üzləşib.

Aut.az xəbər verir ki, futbolçu ölümün bir addımlığından qayıdıb. O, az qala öz avtomobilində yanaraq öləcəkmiş. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Albaniyalı müdafiəçi bu yaxınlarda yeni “Ferrari” alıb və qayınatasını onunla gəzdirmək qərarına gəlib. Amma qəflətən yanmağa başlayan avtomobilin qapısı qıfıllanıb, onlar yanan avtomobildə qalıblar.

Xoşbəxtlikdən həm Hyusay, həm də qayınatası ciddi xəsarət almadan maşından düşə biliblər. “Ferrari” isə tamamilə yanıb. Məlum olub ki, avtomobildə istehsal qüsuru var.

Aut.az

Exit mobile version