AUT.AZ

Rikkardoya ultimatum verildi: Ən azı onun kimi çıxış et

“RedBull” (keçmiş “Alfa Tauri”) avstraliyalı pilotu Daniel Rikkardoya cari Formula 1 mövsümündəki səmərəsiz çıxışına görə ultimatum verilib.

Aut.az xəbər verir ki, bu barədə “Motorsport Italia” portalı məlumat yayıb.

Bildirilir ki, komanda rəhbərliyi yay fasiləsinə qədər Rikkardonun ən azı yaponiyalı komanda yoldaşı Yuki Tsunoda ilə eyni performansı əldə etməli olduğunu bildirib. Əks halda Danieli Avstriya komandasının ehtiyat sürücüsü və həmyerlisi Liam Louson əvəzləyə bilər.

Xatırladaq ki, Rikkardo ötən mövsümün ortalarından “RedBull”da çıxış etməyə başlayıb. Yalnız bir dəfə “ilk 10-luğ”a daxil olub.

Aut.az

Exit mobile version