AUT.AZ

Qərar verilib: “Yuve”dən azad agent kimi ayrılacaq

Bir neçə gün əvvəl “Yuventus” Adrien Rabo ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.

Aut.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Daniele Lonqo məlumat yayıb.

Tərəflər razılığa gəliblər ki, 29 yaşlı fransalı yarımmüdafiəçi bu mövsümün sonunda, müqaviləsi başa çatdıqdan sonra Turini tərk edəcək. Vəziyyət ancaq o zaman dəyişə bilər ki, gələn yay baş məşqçi postunda Massimiliano Alleqrini Tiaqo Motta əvəzləsin.

Rabionun karyerasını davam etdirmək üçün artıq seçimləri var. Onunla “Mançester Yunayted” və “Nyukasl” maraqlanır.

Aut.az

Exit mobile version