AUT.AZ

Millinin qapıçısında dopinq aşkarlandı

İsveçrənin həndbol milli komandasının və “Maqdeburq” klubunun qapıçısı Nikola Portnerin dopinq-testindən metamfetamin aşkarlanıb.

Aut.az xəbər verir ki, 30 yaşlı qolkiper dopinq-testinin nəticələri ilə bağlı proseslər davam etdiyi üçün məşqdən və oyunlardan uzaqlaşdırılıb.

“Nikola Portnerə metamfetamin üçün verdiyi testin müsbət nəticələndiyi barədə məlumat verilib. Mövcud məlumatlara görə, ölçülmüş konsentrasiya səviyyəsi həmin maddənin tipik qəbulunun bir hissəsini təşkil edir. İstintaqın davam etdiyini nəzərə alaraq, hazırda əlavə məlumat yaymayacağıq”, – deyə klubun açıqlamasında bildirilir.

Aut.az

Exit mobile version