AUT.AZ

Del Piero Kənandan danışdı: Onu varisi hesab edir?

“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero “qoca Sinyora”nın 18 yaşlı hücumçusu Kənan Yıldız haqqında danışıb

Aut.az xəbər verir ki, əfsanə bir vaxtlar bu klubda geyindiyi “10 nömrə”ni türkiyəli futbolçuya vermək istədiyini bildirib:

“Əlbəttə, Yıldız oyununu ən çox bəyəndiyim gənc futbolçulardan biridir. O, artıq nəyə qadir olduğunu bir qədər nümayiş etdirib. Mən ona 10 nömrəli formanı verərdim”.

Xatırladaq ki, Yıldız bu mövsüm bütün turnirlərdə 31 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalına görə, Kənanın bazar dəyəri 30 milyon avrodur.

Exit mobile version