AUT.AZ

Superkubokda uduzan futbolçu qamçılandı – VİDEO

Səudiyyə Ərəbistanı Superkuboku uğrunda matç başa çatdıqdan sonra qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, “Əl-İttihad”ın hücumçusu Əbdərrazaq Həmdallah azarkeşlə mübahisə etməyə başlayıb. Mərakeşli futbolçu kişiyə yaxınlaşaraq ona butulkadan su çiləyib. Buna cavab olaraq fanat Həmdallahı qamçı ilə vurmağa başlayıb. Azarkeş dərhal tribunadan çıxarılıb, futbolçu isə komanda yoldaşları və stüardlar tərəfindən kənara çəkilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Superkubokunun qalibi “Əl-İttihad”ı 4:1 hesabı ilə məğlub edən “Əl-Hilal” olub.

Aut.az

Exit mobile version