AUT.AZ

“Liverpul”un 14 aylıq seriyası qırıldı

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atalanta” “Liverpul”u 3 cavabsız qolla məğlub edib.

Aut.az xəbər verir ki, “Enfild Roud” stadionunda keçirilən görüş 3:0 hesabı ilə İtaliya yığmasının xeyrinə başa çatıb. “Qırmızılar” sonuncu dəfə 2023-cü il fevralın 21-də Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a (2:5) evdə uduzmuşdu.

Yurgen Kloppun komandasının evdəki məğlubiyyətsiz seriyası 33 matç olub.

Aut.az

Exit mobile version