AUT.AZ

Futbolu belə oynayır: Tbilisinin küçələrində olduğu kimi

“Napoli” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya futbola münasibətindən danışıb.

“Futbol mənim üçün hər şeydir. Bu mənim həyatımdır, buna şübhəm yoxdur. Uşaq vaxtı dostlarımla küçədə çox oynayırdım. Bunu məşqdən sonra da edirdim. Beləliklə, futbolda ilk addımlarımı küçələrdə atdım. Düşünürəm ki, bu, mənim oyun tərzimdə özünü göstərir.

Küçə futbolunda tez-tez topa sahib olursunuz. İndi böyük meydanlarda və minlərlə azarkeşin olduğu stadionlarda oynayanda, hələ də uşaq vaxtı Tbilisi küçələrində olduğum kimi davranmağa çalışıram. Məni futbolçu kimi yetişdirən, ilham aldığım küçələr oldu. 8 yaşımda əsl klubda oynamağa başladım, 11 yaşımda isə Tbilisi “Dinamo”sunun akademiyasına daxil oldum. Mən orada beş il keçirdim, bu, əla akademiyadır. Həmin klubda hər kəs mənə çox kömək etdi”, – “Calciomercato” Xviçadan sitat gətirir.

Aut.az

Exit mobile version