AUT.AZ

“Fənərbağça” məğlub oldu, “Aston Villa”dan qələbə

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Aut.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” komandası bu mərhələdə Yunanıstan “Olimpiakos”unun qonağı olub.

İngiltərənin “Aston Villa” klubu Fransa “Lill”ini, “Brügge” isə Yunanıstan PAOK-unu qəbul edib.

Konfrans Liqası
1/4 final mərhələsi, ilk ouyunlar

11 aprel

Olimpiakos (Yunanıstan) – Fənərbağça (Türkiyə) 3:2
Qollar:
 Fortunis, 8. Yovetiç, 32. Şkinio, 67 – D.Tadiç, 68 (pen), İ.Kahveci, 74

Viktroiya (Çexiya) – Fiorentina (İtaliya) 0:0

Aston Villa (İngiltərə) – Lill (Fransa) 2:1
Qollar:
 O.Vatkins, 13. M.Con, 56. – B.Diakite, 84.

Brügge (Belçika) – PAOK (Yunanıstan) 1:0
Qol: 
H.Vetlesen

Exit mobile version