AUT.AZ

Avropa Parlamentinin deputatı “Yuventus”u təhqir etdi: Zibildir

Avropa Parlamentinin İrlandiyadan olan deputatı Mik Uolles “Yuventus”u təhqir edib.

Görüşə “Torino” futbolkasında çıxan Uolles qarşıdakı Turin derbisində komandasına uğurlar arzulayıb.

“Şənbə günü “Yuventus”a qarşı “Toro”ya uğurlar”. “Yuve” zibildir. İrəli, “Toro””, – deputat deyib.

68 yaşlı Uolles uzun müddətdir “Torino” azarkeşidir və bir neçə dəfə klubun futbolkasını geyinərək görüşlərə qatılıb.

A Seriyasının 32-ci turunun “Torino” – “Yuventus” oyunu aprelin 13-də keçiriləcək.

Aut.az

Exit mobile version