AUT.AZ

“Fənərbağça” Yunanıstan səfərində

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Turnirin favoritlərindən olan “Aston Villa” “Lill”i qəbul edəcək.Digər iki görüşdə “Viktoriya” (Plzen) “Fiorentina” ilə, “Brügge” isə PAOK ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu mərhələnin cavab görüşləri aprelin 18-də keçiriləcək.

Avropa Konfrans Liqası, 1/4 finalın ilk oyunları
11 aprel

20:45 “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
20:45 “Viktoriya” (Plzen, Çexiya) – “Fiorentina” (İtaliya)
23:00 “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)
23:00 “Brügge” (Belçika) – PAOK (Yunanıstan)

Exit mobile version