AUT.AZ

“Bayer” “Vest Hem”ə, “Milan” “Roma”ya qarşı

Bu gün Avropa Liqasında 1/4 final mərhəsinin ilk oyunları keçiriləcək.

Aut.az xəbər verir ki, bütün oyunlar eyni saatda başlayacaq.

1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer” doğma meydanda “Vest Hem” ilə üz-üzə gələcək. “Liverpul” “Atalanta”nı, “Benfika” isə Marsel “Olimpik”ini qəbul edəcək. Yarımfinala digrə vəsiqə uğrunda İtaliya klubları – “Milan” ilə “Roma” mübarizə aparacaqlar.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 18-də baş tutacaq.

Avropa Liqası, 1/4 finalın ilk oyunları
11 aprel

23:00 “Milan” (İtaliya) – “Roma” (İtaliya)
23:00 “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
23:00 “Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)
23:00 “Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa)

Exit mobile version