AUT.AZ

Yubiley turnirə belə baxacaq: Divanda, qızların əhatəsində – FOTO

MMA üzrə məşhur gürcü döyüşçüsü Merab Dvalişvili sosial şəbəkələrdə qarşıdan gələn UFC 300 turniri ilə bağlı zarafatyana yeni paylaşım edib.

Aut.az xəbər verir ki, Merab yubiley yarışı necə izləməyi planlaşdırdığını nümayiş etdirib. Dvalişvili iki qızın əhatəsində divanda noutbukla oturduğu fotoya “Mən UFC 300-ə necə baxacağam” sözlərini yazıb.

Qeyd edək ki, UFC-300 aprelin 13-dən 14-nə keçən gecə Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək.

Aut.az

 

 

 

Exit mobile version