AUT.AZ

Parisdə biabırçılıq: Olimpiadanın bu yarışı ləğv edilə bilər

Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı triatlon idman növünün proqramında dəyişiklik edilə bilər.

Aut.az xəbər verir ki, təşkilat komitəsinin rəhbəri Toni Estanqe etiraf edib ki, Sena çayında suyun keyfiyyətinə görə triatlon yarışının üzgüçülük hissəsi təxirə salına və ya ləğv edilə bilər. Onun sözlərinə görə, güclü yağış yağacağı halda suda E. coli səviyyəsindən yüksələcək. vəyarışın keçiriləməsi təhlükə altına düşəcək.

“Biz bu müsabiqəni Sena çayında keçirməyə qərar verəndə bunun böyük bir problem olacağını bilirdik. Lakin hakimiyyətin böyük investisiya proqramı var və bu layihə fantastikdir”, – deyə Estanqe bildirib.

“Surfrider Foundation” qeyri-kommersiya ətraf mühit təşkilatı məlumat vermişdi ki, triatlonçuların və üzgüçülərin yarışacağı Aleksandr III və Alma körpüləri altından götürülmüş 14 nümunədən 13-nün icazə verilən çirklənmə səviyyəsini xeyli keçib.

Aut.az

Exit mobile version