AUT.AZ

15 illik diskvalifikasiya: Görün nələr edib

 30 yaşlı ispan tennisçi Aaron Kortes danışılmış oyunlarda iştirak etdiyi üçün 15 il, 2039-cu ilə qədər diskvalifikasiya edilib.

Aut.az xəbər verir ki, b barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb.

ITIA-nın bəyanatında deyilir: “Bu, müsabiqə nəticələrinin saxtalaşdırılması, müsabiqə nəticələrinin saxtalaşdırılması üçün pul alınması, korrupsiya təcrübələri barədə məlumat verilməməsi, tennis mərcləri və turnir rəsmilərinə “wild card” müqabilində pul verilməsini əhatə edir”.

Qeyd edək ki, 2017-ci ildə 955 xalla karyerasının ən yüksək dünya reytinqinə nail olan Kortes 2016-2018-ci illər arasında tennisdə korrupsiyaya qarşı mübarizə proqramının 35 pozuntusunu etiraf edib və istintaqla tam əməkdaşlıq edib. Buna görə ilkin cəzadan daha yüngül cəza alıb.

Aut.az

Exit mobile version