AUT.AZ

Mükafat fondu 30 min manat olan Azərbaycan çempionatı keçiriləcək

Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.

Aut.az xəbər verir ki,  Gənclər və İdman Nazirliyi ilə AŞF-nin birgə təşkil etdiyi yarış 9 turdan ibarət olacaq

İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcək. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcək. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaq.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.

Kişi şahmatçılar arasında ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.

Exit mobile version