AUT.AZ

İŞİD hədələdi: ÇL-də keçiriləcək bu oyunlarda terror törədiləcək

İŞİD bu həftə Çempionlar Liqasının 1/4 final matçlarında terror aktları törətməklə hədələyir.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” internet nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda Çempionlar Liqasının oyunlarının keçirilməsi planları qüvvədə qalır. Qeyd olunur ki, çərşənbə axşamı, aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə qərar verilməli olacaq.

Xatırladaq ki, bu həftə “Real Madrid” və “Mançester Siti”, eləcə də “Arsenal” və “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarını keçirəcək. Bundan əlavə, “Atletiko Madrid” – “Borussiya Dortmund” və PSJ – “Barselona” matçları baş tutacaq.

“Real Madrid” – “Mançester Siti” görüşü Madriddə, “Arsenal” –  “Bavariya” oyunu isə Londonda baş tutacaq. Hər iki oyun bu keçiriləcək.

Aut.az

Exit mobile version