AUT.AZ

ÇL-də erkən final: Nəhənglərin döyüşü başlayır

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Aut.az xəbər verir ki, bu gün 2 matç keçiriləcək.

Gecənin və mərhələnin mərkəzi matçı Madriddə baş tutacaq. Turnirin aşkar favoriti hesab edilən iki komanda – turniri ən çox qazanan “Real” və titulun son sahibi “Mançester Siti” “Santyaqo Bernabeu”da üz-üzə gələcək.

Başqa bir görüş isə Londonda keçiriləcək. Qışdan sonra əla forma yığan “Arsenal” heç də yaxşı günlərini yaşamayan, mövsümün titulsuz bitirməmək üçün tək ümidi ÇL olan “Bayern”i qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması apreli 17-si oynanılacaq.

1/4 finalın digər iki ilk oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

9 aprel

23:00 Arsenal – Bayern
“Emitares” stadionu

23:00 Real – Mançester Siti
“Santyaqo Bernabeu” stadionu

Exit mobile version