AUT.AZ

Nokautdan daha yaxşıdır – Qolunun sınması

Castin Qetji UFC 300 turnirində döyüşçülərin yaxşı çıxışlarına daha çox bonuslar almalı olduqlarını söyləyib.

Aut.az xəbər verir ki, o, standart bonus məbləğini 50 min dollardan 300 minə çatdırmağı təklif edib:

“Mən həmişə bonus qazanmağı hədəfləyirəm. Mən rəqibim Maksa hörmət edirəm. Amma ideal vəziyyət onun döyüşü kəsilmiş və ya sınıq qolu ilə bitirməsi olardı. Bu, onu nokauta salmaqdan daha yaxşıdır”.

Qethi BMF kəmərini UFC 300-də Maks Hollowayə qarşı döyüşdüə müdafiə edəcək. O, karyerası ərzində 12 dəfə təşkilatdakı döyüşlərdə bonuslar qazanıb.

Aut.az

Exit mobile version