AUT.AZ

Ulduzlar razılaşdılar: Başqa idman növündə üz-üzə gələcəklər

Dünyanın üç nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, 22 qat Böyük Dəbilqə çempionu həmyerlisi Rafael Nadalla qolf oynamaq üçün razılaşdığını bildiri:

“Bir dəfə Rafa ilə birlikdə qolf oynamaq istədiyimiz barədə danışdıq. Baxmayaraq ki, bu idman növündə onunla çətinliklə yarışa bilərəm. Yəqin ki, illərlə məşq etməliyəm. Ancaq qolf həqiqətən fikrimi bəzi şeylərdən uzaqlaşdırmağa kömək edir. Onun sayəsində tennis kortunda daha yaxşı oynaya bilirəm. Buna görə də tennis yarışlarında daha yaxşı çıxış etmək üçün mümkün qədər tez-tez qolf oynamağa çalışıram”.

Xatırladaq ki, Rafael Nadal uzun illərdir qolf oynayır. Hətta bir neçə dəfə rəsmi yarışlarda iştirak edib.

Exit mobile version