AUT.AZ

“Fənərbağça”nı bu cəza gözləyir

Fənərbağça” ilə “Qalatasaray” arasında keçirilən Superkubok oyunu futbol dünyasına damğa vurub.

Aut.az xəbər verir ki, daha əvvəl Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan və təşkilati məsələlərə görə təxirə salınan matçın Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən aprelin 7-də Şanlıurfada keçirilməsi qərara alınmışdı.

“Fənər” matçın başqa tarixə keçirilməsi və oyun idarə etmək üçün əcnəbi hakim gətirilməsi ilə bağlı federasiyaya müraciət edib. Bu tələblər qəbul edilməyincə, “bülbüllər” U-19 komandası ilə oynamaq qərarına gəlib. Onlar ötən gecə baş tutan matçın ikinci dəqiqəsində meydanı tərk ediblər.

Yaxın vaxtlarda TFF yarımçıq qalan Superkubok oyunu ilə bağlı qərar verəcək. Reqlamentə əsasən, “Fənərbağça”nı ciddi cəzalar gözləyir. İstanbul təmsilçisi növbəti mövsüm çempion olsa belə, Superkubokda iştirak edə bilməyəcək. Eyni zamanda Türkiyə Kubokundan da kənarlaşdırılacaq. Bundan başqa, yarıda qoyduğu görüşün bütün xərclərini ödəməli olacaq.

Həmçinin Futbol İntizam Təlimatında yer alan maddələrə görə, təlimatların pozulmasına görə cərimələr və müxtəlif hüquqlardan məhrumetmə tətbiq edilə bilər.

Exit mobile version