AUT.AZ

Dursun Özbək “Fənər rəzaləti”ndən danışdı: Bütün dünyada biabır oldular

“Qalatasaray”ın prezidenti Dursun Özbək komandasının “Fənərbağça” ilə Türkiyə Superkubokunun qalmaqallı oyunu haqda danışıb.

Aut.az xəbər verir ki, bu barədə “Fanatik” Özbəkdən sitat gətirib.

“Belə bir vəziyyət gözləmirdim. Biz absurdluqla üz-üzəyik. Urfa kimi gözəl şəhərdə bu derbini izləməkdən həzz almaq əvəzinə, gözləmədiyimiz bir şeylə qarşılaşdıq.

Bizi bütün dünyanın qarşısında biabır etdilər. “Qalatasaray” və “Fənərbaxça”nın missiyası insanlara futbolu sevdirməkdir. U-19 komandasının uşaqlarına yazığınız gəlmir? Bu ayıb deyilmi? — Fanatik Özbəkdən sitat gətirir.

Aprelin 7-də “Fənərbağça” və “Qalatasaray”ın qarşılaşdığı Türkiyə Superkuboku uğrunda oyun baş tutub. Artıq ilk dəqiqədə Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Qoldan sonra “Fənərbağça”lı futbolçular oyunu boykot edərək meydanı tərk ediblər. Beləliklə, “Fənərbağça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.

Aut.az

Exit mobile version