AUT.AZ

Cəmisi 27 gün işlədi, qovuldu – Sabiq “Qarabağ”lı

“Eskişehirspor” baş məşqçisi Önder Karaveli ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Önder Karaveli bu vəzifəyə cəmi 27 gün əvvəl təyin olunmuşdu.

Qeyd edək ki, türkiyəli məşqçisi 2019-2021-ci illərdə “Qarabağ” U-19 komandasına rəhbərlik edib. 2021/22 mövsümündə isə “Beşiktaş”ın əsas komandasının baş məşqçisi olub.

Exit mobile version